Liqa 1-də yeni təyinat

14.11.2026 23:20 45
Dünya futbolu
“Lans”ın yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Didye Diqar çalışdıracaq. Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Diqarın əvvəlki iş yeri “Havr” olub. O, “Lans”dan bir neçə gün əvvəl istefaya göndərilən Yannik Kayuzakı əvəzləyib.