Millimiz İrlandiyaya uduzdu

14.11.2026 23:51 36
İdman
Qadın basketbolçulardan ibarət millimiz 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığma A qrupundakı ikinci matçında İrlandiya seçməsini qəbul edib.

Milli Gimnastika Arenasındakı baş tutan görüş rəqibin 91:73 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, komandamız qrupdakı ilk oyununda İsveçrəyə 33:84 hesabı ilə uduzub.