Matç zamanı tribuna çökdü, bir azarkeş xəsarət aldı

15.11.2026 11:23 0
Dünya futbolu
Norveç çempionatının 26-cı turunda keçirilən “Tromse” - “Bude/Qlimt” matçı (0:2) zamanı ciddi hadisə baş verib.

"Football-plus.az" xəbər verir ki, qonaq komandanın azarkeşlərinin yerləşdiyi tribunanın bir hissəsi çöküb. Nəticədə 25 yaşlı azarkeşin qabırğası sınıb və zərərçəkən xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı təhqiqata başlayıb. “Tromse” klubunun rəhbərliyinin hüquqi məsuliyyətə cəlb olunacağı istisna edilmir.

Qeyd edək ki, Norveç Futbol Federasiyası hadisədən bir həftə əvvəl yüksək liqada çıxış edən klublardan stadionların, xüsusilə də azarkeş sektorlarının təhlükəsizliyini yoxlamağı tələb edib. “Tromse” rəhbərliyi müvafiq yoxlamanın aparıldığını bildirib.