Fernandeş MY-dən baş götürüb getməyə çalışır?!

15.11.2026 10:31 0
Dünya futbolu
Deyəsən, Bruno Fernandeş iş yerini dəyişməkdə qərarlıdı.

"Football-plus.az" xəbər verir ki, o, “Mançester Yunayted” rəhbərliyinin yeni müqavilə təklifini ikinci dəfə rədd edib. “The Athletic” nəşrinin məlumatına görə, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar yay aylarından başlayıb. Amma məlum mövzuda yenə razılıq əldə olunmayıb.

32 yaşlı portuqaliyalı yarımmüdafiəçinin hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdi. Bununla belə, klubun müqaviləni daha bir mövsümlük yeniləmək imkanı var.

Bruno MY-də 2020-ci ildən çıxış edir. O, cari mövsümdə premyer-liqanın 9 oyununda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.