Gözlənildiyi kimi, Xesus Ovono ağır cəzaya layiq bilinib.
"Football-plus.az" xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi “Andorra”nın qapıçısını 12 oyunluq diskvalifikasiya edib. Buna noyabrın 2-də La Liqa 2-də “Tenerife” ilə keçirilən matçda yaşanan və rəqib futbolçunun ölümü ilə nəticələnən epizod səbəb olub.
Xatırladaq ki, Ovono rəqib komandanın hücumçusu Xesus de Migellə toqquşmuş, qapıçı ayağını yuxarı qaldıraraq rəqibinə sərt zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə almışdı. Ağır xəsarət alan 30 yaşlı De Migel ertəsi gün xəstəxanada dünyasını dəyişmişdi.
Yerli federasiyanın İntizam Komitəsi qapıçının hərəkətini ciddi qayda pozuntusu kimi qiymətləndirib. Nəticədə Ovonoya maksimum cəza - 12 oyunluq diskvalifikasiya verilib.
Əlavə edək ki, faciəvi hadisə ilə bağlı hüquq-mühafizə orqanları da araşdırma aparır.
“Qatil” futbolçu ağır cəzadan qaça bilmədi
Dünya futbolu





