Bütün məşqçiləri arxada qoydu

15.11.2026 10:00 0
Dünya futbolu
İngiltərə premyer-liqasında oktyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada “Tottenhem”in baş məşqçisi Roberto De Zerbi qalib gəlib. İtaliyalı mütəxəssisin komandası ötən ay çempionatda 4 oyun keçirib. London təmsilçisi bu oyunların 3-də qələbə qazanıb, 1-də isə heç-heçə edib. Beləliklə, komanda mümkün 12 xaldan 10-nu toplayaraq ayı məğlubiyyətsiz başa vurub.

47 yaşlı De Zerbi daha əvvəl “Brayton”, Donetsk “Şaxtyor”u və “Marsel” komandalarını çalışdırıb. Qeyd edək ki, “Brayton” onun rəhbərliyi altında tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.