“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinin heyətində debüt edib.
"Football-plus.az" xəbər verir ki, o, Millətlər Liqasının B Liqasının 2-ci qrupunda Şimali İrlandiya ilə 5-ci tur matçında meydana çıxıb.
Ukrayna millisi səfərdə keçirilən görüşdə 0:1 hesabı ilə uduzub.
Oyuna start heyətində başlayan Kaşuk 90+1-ci dəqiqədə əvəzlənib.
Ukrayna hazırda 4 xalla qrupda 3-cü pillədə qərarlaşıb.
"Qarabağ"ın futbolçusu Ukrayna millisində debüt etdi
Dünya futbolu





