Turində yeni anlaşma

25.08.2024 10:34 316
Dünya futbolu
Ueston Makkenni “Yuventus”da daha uzun müddət top qovacaq.

“Football-plus.az” xəbər verir ki, Amerikalı yarımmüdafiəçi Turin klubu ilə yeni müqavilə imzalayıb. 25 yaşlı oyunçu ilə müqavilənin müddəti 2026-cı ilin yayına kimi uzadılıb.

Makkenni “Yuventus”da 2020-ci ilin yayından çıxış edir. O, ötən mövsüm komandada 38 oyuna çıxıb və 10 məhsuldar ötürmə edib.