“Yuventus” ilə yenidən anlaşdı

28.10.2023 19:57 267
Dünya futbolu
Federiko Qatti “Yuventus”un yeni təklifini qəbul edib.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi ilə müqavilənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb. Yeni müqaviləyə əsasən, 25 yaşlı oyunçu Turin klubunda ildə 1,4 milyon avro qazanacaq.

Qatti komandada 2022-ci ilin yayından oynayır. O, bu mövsüm A seriyasında 7 oyunda meydana çıxıb və 1 qol vurub.