Almaniya klubunda yeni müqavilə

4.02.2023 23:59 266
Dünya futbolu
Kevin Trapp “Ayntraxt” ilə yeni müqavilə imzalayıb.

Football-plus.az Frankfurt klubunun saytına istinadən xəbər verir ki, alman qapıçı ilə müqavilənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb.

Xatırladaq ki, 32 yaşlı futbolçu “Ayntraxt”da 2018-ci ilin yayından çıxış edir. O, komandada 286 oyuna çıxıb və 426 top buraxıb. Trappın ötən mövsüm Avropa Liqasının qalibi olduğunu da bildirək.