İtaliya klubunda yeni müqavilə

19.07.2024 18:37 307
Dünya futbolu
Fabio Miretti “Yuventus” ilə yeni müqavilə imzalayıb.

Turin klubunun rəsmi saytının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2028-ci ilin yayına qədərdi.

Fabio “Yuventus”un yetirməsidi. O, 2021/22 mövsümündən əsas komandada çıxış edir. Ötən mövsüm Miretti “Yuventus”un heyətində bütün turnilərdə 28 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.