Karri üç oyunda 109 xal topladı, Boll 1000-ə hamıdan tez çatdı

12.11.2026 13:40 0
İdman
“Minnesota”nın müdafiəçisi Lamelo Boll üçxallıq atışların sayında 1000 həddinə çatmaq baxımından MBA-da yeni rekord müəyyənləşdirdi. 25 yaşlı amerikalı müntəzəm çempionatda keçirdiyi 311-ci oyunda bunu bacardı. Boll “Miluoki” ilə ev oyununda (112:100) bu həddə çatdı. 34 xal toplayan müdafiəçi bu oyunda 6 üçxallıq atış gerçəkləşdirdi ki, üçüncüsü yubiley xarakteri daşıdı.

“Qolden Steyt”in müdafiəçisi Stefen Karri isə müntəzəm çempionatın son üç oyununda 109 xal toplayıb. MBA-nın saytının yaydığı xəbərə görə, əvvəllər 38 yaşını tamamlayandan sonra bunu yalnız Maykl Cordan və Lebron Ceyms bacarıb. 38 yaşlı Karri məhsuldarlıq seriyasını noyabrın 3-də keçirilən “Finiks”lə oyunda (116:113) 34 xal toplamaqla davam etdirdi. Əfsanəvi basketbolçu əvvəlki iki oyunda da 44 və 31 xa toplamışdı. “Qolden Steyt” isə qələbə seriyasını 5 oyuna çatdırdı.

“Leykers”in lider Luka Donçiç 2026/27 mövsümünə məhsuldar başlayıb. O, noyabrın 3-də “Mayami” üzərindəki qələbəyə (138:117) 42 xal, 13 ötürmə və 7 ribaundla töhfə verdi. Sloveniyalı ulduz mövsümün əvvəlindən bəri artıq 268 xal toplayıb. MBA-nın saytının yaydığı xəbərə görə, bu liqanın tarixində yalnız üç basketbolçu mövsümün ilk 7 oyununda ən azı 260 xal toplamağı bacarıb. Uilt Çemberlen buna 1959, 1961 və 1962-ci illərdə, Rik Berri 1966-cı ildə nail olub. Üçüncü isə Donçiçdi, özü də ardıcıl 2-ci mövsümdə. Luka ötən mövsümün ilk 7 oyununda 260 xal toplamışdı.

Bu arada “Oklahoma-Siti”nin mətbuat xidməti Rassell Uestbrukun vaxtilə geydiyi “0” nömrəli formanı istiafadədən çıxardığını açıqlayıb. 37 yaşlı amerikalı avqustda karyerasını bitirdiyini elan edib. O, ötən mövsümü “Sakramento”da keçirib.

“Oklahoma-Siti” Uestbruku MBA-nın 2008-ci ildəki draftında 4 nömrə altında seçmişdi. 2019-a qədər bu komandanın şərəfini qoruyan oyun qurucusu “Vaşinqton”, “Leykers”, “Klippers” və “Denver”də də çıxış edib. Uestbruk MBA-da keçirdiyi 1301 oyunda orta hesabla 20,9 xal toplayıb, 6,9 ribaund edib və 8 məhsuldar ötürmə verib.

3 noyabr
Klivlend – Oklahoma-Siti 112:117 (30:26, 18:33, 36:31, 28:27)
İndiana – Atlanta 104:108 (29:37, 27:31, 23:19, 25:21)
Nyu-York – Bruklin 103:90 (27:21, 24:23, 24:35, 28:11)
Orlando – Vaşinqton 94:103 (33:28, 26:32, 9:19, 26:24)
Filadelfiya 76 – Çikaqo 126:107 (30:23, 34:36, 26:20, 36:28)
Şarlott – Detroyt 91:124 (24:27, 30:38, 21:33, 16:26)
Dallas – Sakramento 100:115 (18:19, 35:35, 21:27, 26:34)
Memfis – Nyu-Orlean 134:135 ОТ (28:34, 34:25, 33:41, 29:24, 10:11)
Minnesota – Miluoki 112:100 (29:18, 19:29, 32:29, 32:24)
San-Antonio – Yuta 119:97 (27:16, 32:33, 35:20, 25:28)
Hyuston – Boston 109:93 (29:29, 28:21, 25:23, 27:20)
Denver – Portlend 110:118 (31:19, 35:39, 21:27, 23:33)
Qolden Steyt – Finiks 116:113 (19:31, 32:26, 42:36, 23:20)
Klippers – Toronto 118:125 (33:22, 30:30, 28:26, 27:47)
Leykers – Mayami 138:117 (37:30, 42:42, 32:21, 27:24)

5 noyabr
Vaşinqton – Atlanta 105:120 (32:37, 29:31, 24:25, 20:27)
Detroyt – Filadelfiya 76 106:112 (21:29, 21:27, 33:35, 31:21)
Boston – Miluoki 109:102 (28:14, 34:27, 25:38, 22:23)
Bruklin – Şarlott 114:104 (21:24, 29:33, 30:23, 34:24)
Nyu-York – Çikaqo 135:105 (43:21, 41:31, 29:27, 22:26)
Memfis – İndiana 103:107 (24:32, 28:22, 30:26, 21:27)
Nyu-Orlean – Yuta 120:113 OT (24:24, 18:13, 28:43, 34:24, 16:9)
Oklahoma-Siti – Klivlend 124:116 (37:20, 23:24, 28:30, 36:42)
Hyuston – Minnesota 107:117 (30:33, 27:24, 27:25, 23:35)
Finiks – Portlend 119:132 (34:29, 25:43, 26:32, 34:28)
Denver – Toronto 128:109 (33:35, 31:32, 41:15, 23:27)
San-Antonio – Dallas 112:111 (32:26, 36:25, 22:27, 22:33)
Sakramento – Leykers 103:116 (28:28, 26:33, 20:26, 29:29)
Klippers – Mayami 116:117 ОТ (24:33, 43:19, 20:26, 20:29, 9:10)