Fonsekanın xələfi müəyyənləşdi

12.11.2026 13:15 0
Dünya futbolu
“Lion”un yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, komandanı bundan sonra Karlos Visens çalışdıracaq. “Braqa”nın keçmiş çalışdırıcısı Lissabon “Sportinq”inə yollanan Paulu Fonsekaya xələf olacaq. Fransa mənbələri tərəflərin artıq danışıqlar prosesinə son qoyduqlarını xəbər verib. Visens “Braqa”dan oktyabrda qeyri-qənaətbəxş nəticələrə görə istefaya göndərilib.

“Lion” Liqa 1-də 9-cu turdan sonra 17 xalla 3-cü yeri tutur.