“Mançester Yunayted” rəhbərliyi Didye Deşamı komandanın başında görmək istəyib.
"Football-plus.az" xəbər verir ki, lakin fransalı mütəxəssis ingilislərin təklifini qəbul etməyib. “Daily Mirror” qəzetinin xəbərinə görə, Deşam qarşı tərəfə MY-ni çalışdırmağın onun planlarına daxil olmadığını deyib. Fransa yığmasının sabiq baş məşqçisi karyerasında fasilə götürməyi lazım bilib. Deşam yeni iş yeri ilə bağlı qərarını yalnız gələn il verəcək.
Amma MY-nin bosları komandanı böhrandan çıxara biləcək məşqçini tezliklə tapmağa çalışırlar. Maykl Karrikin tezliklə istefaya göndərilmək ehtimalı yüksəkdi. Komanda İngiltərə çempionatında 9 oyuna 7 xalla 17-ci yeri tutur.
MY-nin ağır yükünü daşımaq istəmədi
Dünya futbolu





