Konnor Koudi futbolçu həyatı ilə bağlı vacib qərar verib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə yığmasının sabiq müdafiəçisi 33 yaşında karyerasını başa vurub. O, son vaxtlar “Rekshem” və “Çarlton”da çıxış edib. Karyerası ərzində “Vulverhempton”, “Lester”, “Everton” və “Liverpul”da da oynayıb.
Konnor milli komandada 10 oyun keçirib, 2020-ci ildə Avropa çempionatının gümüş medalını qazanıb və 2022-ci ildə dünya çempionatının iştirakçısı olub. Koudi klub səviyyəsində ümumilikdə 503 matçda meydana çıxıb.
33 yaşında futbolçu həyatı ilə vidalaşdı
Dünya futbolu




