Turindən Lidsə yollandı

31.01.2023 15:18 205
Dünya futbolu
Gözlənildiyi kimi, Ueston Makkenni “Yuventus”u tərk edib.

Football-plus.az xəbər verir ki, İtaliya klubu futbolçusunu “Lids”ə icarəyə verib. 4 yaşlı yarımmüdafiəçi İngitərə klubunda bu mövsümün sonunadək çıxış edəcək. “Yuventus” bu keçidə görə 1,2 milyon avro qazanacaq.

Makkenni Turin klubunda 2020-ci ildən oynayır. O, ötən müddətdə ağ-qara formada 93 matçda meydana çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə edib. Makkenninin ABŞ yığmasında 41 oyuna 9 qol vurduğunu da bildirək.