“Yuventus”da yeni müqavilə

7.09.2023 22:41 210
Dünya futbolu
“Yuventus” Fabio Miretti ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, Turin klubunun mətbuat xidmətinin məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər razılaşdırılan yeni müqavilə bağlanıb. Miretti “Yuventus”un yetirməsidi. O, 2021/22 mövsümündən əsas komandada çıxış edir.

Fabio son mövsümdə komandada bütün yarışlarda 40 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.