“Real”: 4 il əvvəl olduğu kimi...

12.11.2026 16:09 0
Dünya futbolu
“Real” uğurlu oyunlar seriyasını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, Joze Mourinyonun komandası La Liqanın 12-ci turunda “Valensiya”nı 3:0 hesabıyla məğlub edib. Paytaxt klubu bununla da bütün turnirlərdə ardıcıl 8-ci qələbəsini qazanıb. Madridlilər bu seriyada La Liqada “Vilyarreal”ı 1:0, “Sevilya”nı 4:1, “Barselona”nı 2:1, “Rasinq”i 3:0, Çempionlar Liqasında isə “Roma”nı 4:3, “Leyptsiq”i 4:1 və AEK-i 3:2 hesabıyla məğlub ediblər. “Real” son 8 matçda ümumilikdə 24 qol vurub, qapısından isə 8 top buraxıb.

Qeyd edək ki, ‘Real’ sonuncu dəfə 2022-ci ildə ardıcıl 8 qələbə qazanıb.