“Növbəti dəfə döyüşü baha qiymətə satacam. Sonuncu döyüşümü. Baxaq görək rəqəmlər necə olacaq. Öz rekordlarımı yeniləyəcəm”.
İrlandiyalı sonuncu dəfə iyulun 11-də keçirilən UFC 329 turnirində oktaqona çıxıb və elə ilk raundda diz zədəsi üzündən amerikalı Maks Holloueyə uduzub. İndi irlandiyalı əməliyyatdan sonrakı bərpa dövrünü keçir. 38 yaşlı Konorun qarışıq döyüş növlərində 22 qələbəsi və 7 məğlubiyyəti var.





