Rekord yenilədiyi oyunda zədələndi

12.11.2026 16:30 0
Dünya futbolu
Manuel Noyer “Bavariya”nın tarixinə rekordçu kimi düşüb.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu buna Almaniya çempionatının 9-cu turunun “Maynts-05” ilə oyununda iştirak etməklə nail olub. O, “Bavariya”nın tarixinə bundesliqada oynayan ən yaşlı oyunçu kimi düşüb. Manuel noyabrın 7-də 40 yaş 225 günlüyündə meydana çıxıb. Qapıçı Bernd Dreerin rekordunu (40 yaş 198 gün) yeniləyib.

Əlavə edək ki, Noyer ilk hissənin sonunda zədələnib. Onu Yonas Urbiq əvəzləyib.