• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qərb futbolunun ağası “Turan Tovuz”du! - REPORTAJ

Premyer-liqa / Reportaj

20-08-2024, 17:0

Kəpəz – Turan Tovuz 0:3 (0:2)
22. Məmməd Hüseynov – 4,5
2. İlkin Qırtımov – 4,5
(66. Arzu Atakişiyev, 68) – 4,5
7. Ehtiram Şahverdiyev – 5,0
99. Əli Səmədov – 4,5
6. Nemət Musayev – 4,5
17. Ümid Səmədov – 4,5
15. Cavad Kərimov – 5,0
(11. Orxan Əliyev, 65) – 4,5
78. Yeqor Kvalko (k) – 5,0
10. Karim Lkouça – 5,5
(44. Nihat Fərəci, 89) – qiymətsiz
19. Lassana Ndiaye – 5,0
77. Viktor Braqa – 5,0
Ehtiyat oyunçular
1. Rojerio Santos
18. Elgün Bayramov
3. Vurğun Hüseynov
20. Mahir Həsənov
Baş məşqçi: Adil Şükürov
Komandanın ən yaxşısı: Karim Lkouça

1. İvan Konovalov – 5,0
4. Şəhriyar Əliyev (k) – 4,5
10. Xəyal Nəcəfov – 6,0
(44. Rüfət Əhmədov, 80) – qiymətsiz
8. Tural Bayramlı – 4,5
(77. Veysəl Rzayev, 65) – 4,5
88. Faiq Hacıyev – 4,5
9. Kristian da Silva – 5,5
5. Roderik Miller – 5,5
(6. Araş Qaderi, 68) – 4,5
23. Alexandro Serrano – 5,0
15. Emmanuel Hakman – 4,5
25. Denis Marandiçi – 5,0
(11. Ayxan Quseynov, 80) – qiymətsiz
80. Otto Con – 4,5
(21. Aleks Souza, 65) – 4,5
Ehtiyat oyunçular
41. Sergey Samok
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
33. Eltun Turabov
7. İsmayıl Zülfüqarlı
70. Məzahir Məmmədzadə
20. İbrahim Ramazanov
Baş məşqçi: Kurban Berdiyev
Komandanın ən yaxşısı: Xəyal Nəcəfov
Qollar: X.Nəcəfov, 15 (0:1, O.Con). R.Miller, 19 (0:2, X.Nəcəfov). K.da Silva, 62 (0:3).
Vərəqələr: Ş.Əliyev, 45+2 (qeyri-idman hərəkəti). V.Braqa, 50 (qeyri-idman hərəkəti). A.Souza, 66 (qeyri-idman hərəkəti). Ü.Səmədov, 76 (qeyri-idman hərəkəti). A.Atakişiyev, 84 (qeyri-idman hərəkəti). E.Şahverdiyev, 90+2 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov (Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Azər Əsgərov (Bakı).
17 avqust. Tovuz. Şəhər stadionu. 5500 tamaşaçı (6500 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Cari mövsümdə də sponsorsuzluqdan əziyyət çəkən, ev oyunlarını doğma meydanda yox, kənarda keçirmək məcburiyyətində qalan “Kəpəz” tovuzluların stadionunda ...“Turan Tovuz”la qarşılaşdı. Gəncə təmsilçisi çempionatın startından üç tur keçməsinə baxmayaraq, hələ də rəqib qapısına yol tapa bilməyib. Heyətin böyük ölçüdə yenilənməsi isə Adil Şükürovun işini daha da çətinə salıb. Əvəzində yeni mövsümə Kurban Berdıyevin rəhbərliyi altında başlayan “Turan Tovuz” hələ ki yenilgi üzü görmədən turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Doğrudu, bunda “Qarabağ”la “Zirə”nin bir oyun az keçirməsinin də rolu var. Hər nə qədər tərəflərin durumu kəskin şəkildə fərqlənsə də, regional rəqabət amili bu oyunu prinsipiallaşdırır.

Oyuna daha fəal başlayan tovuzlular artıq 15-ci dəqiqədə hesabı açdı. Marandiçinin ötürməsindən sonra Ottonun saxladığı topu Xəyal yumşaq zərbəylə tora qovuşdurdu – 0:1. Cəmi 3 dəqiqə sonra “sarı-göylər” hesabı bərabərləşdirməyə yaxın oldu. Karimin cərimə zərbəsindən qapı önünə göndərdiyi ötürmə zamanı Səmədovun başla “çərçivə”yə yönəltdiyi top dirəyə tuş gəldi. Qarşılığında tovuzlular hesab arasındakı fərqi 2 topa çatdırdı. Birinci qolu vuran Nəcəfovun qapı önünə ötürməsi zamanı topu başla uzaqlaşdırmağa çalışan Nemətin yol verdiyi kobud səhvi Roderik bağışlamadı. Panama millisinin oyunçusunun sol ayaqla yaxın güncə endirdiyi qüvvətli zərbə qarşısında Məmməd aciz qaldı – 0:2. Dolu tribunaların dəstəyindən ruhlanan Tovuz təmsilçisi növbəti qolu vurmaq üçün irəli atılmışdı. 22-ci dəqiqədə Kristianın ötürməsindən sonra hava mübarizəsindən qalib ayrılan Ottonun başla zərbəsi qapıdan yan keçdi. Bu zaman qol vurmamaq vurmaqdan daha çətin idi. Hesabda geridə olan meydan sahibləri hücuma çıxmaqda çətinlik çəksələr də, standart vəziyyətlər zamanı yetərincə təhlükəli olurdular. Belə məqamlardan biri də 26-cı dəqiqəyə təsadüf etdi. Viktorun künc zərbəsindən sonra qapı önünə göndərdiyi topu ilk növbədə Ndiaye başla qapıya göndərsə də, qolkiper bu vuruşu dəf etməyi bacardı. Epizodun davamında Musayevin də qüvvətli zərbəsini dəf edən Konovalov qapının toxunulmazlığını qorudu. Bu epizoddan sonra gəncəlilər tovuzluların bir qədər arxayınlaşması fonunda fəallığı nisbətən artırdı. İkinci hissədə də ilk təhlükəli vəziyyəti “bozqurd” yaratdı. 51-ci dəqiqədə Xəyal dubl etməyə yaxın oldu. Ancaq onun zərbəsini qolkiper iki cəhddə zərərsizləşdirdi. Cəmi 10 dəqiqəs sonra isə Kristian uzaq məsafədən qüvvətli vuruşla fərqi bir qədər də artırdı – 0:3. Üst dirəyə dəyib qapıya daxil olan topun qarşısında Məmməd aciz qaldı. 78-ci dəqiqədə Marandiçinin künc zərbəsi zamanı birbaşa uzaq “9-luğ”a göndərdiyi topu qapıçı çətinliklə dəf etdi. Epizodun davamında isə Şəhriyarın başla zərbəsi qeyri-dəqiq oldu. 87-ci dəqiqədə Ehtiramın ötürməsindən sonra cərimə meydançası daxilində olan Lkouçanın qüvvətli zərbəsinin qarşısını Konovalov aldı.

Beləliklə, mövsümün ilk qərb derbisində tovuzlular sevindi. Artıq irəliləyən hər turda Berdıyevin “əl işi” hiss olunur.

Gözedən qaçmadı
* Nominal meydan sahibi “Kəpəz” olsa da, heyətləri “Turan Tovuz”un nümayəndəsi açıqladı.
* Oyunu izləyənlər arasında millət vəkili Arzu Nağıyevlə “Araz-Naxçıvan”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov da var idi.
* “Defend Ganja”, “Kapaz Ultras” və “Xəmsə” fanklubları tribunadaydı. Ancaq yerli azarkeşlər dəstək baxımından daha fəal idi.
* Oyundan sonra tovuzlu azarkeşlər həm “Kəpəz”i, həm də onun fanklublarını alqışladı.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

17-08-2024, 17:0

"Kəpəz" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Premyer-liqa

26-05-2024, 16:0

"Turan Tovuz" - "Kəpəz": START HEYƏTLƏRİ

Premyer-liqa

11-08-2024, 17:0

“Turan Tovuz” - “Sumqayıt”: START HEYƏTLƏRİ

Premyer-liqa

22-01-2024, 16:0

"Kəpəz" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Ölkə futbolu

3-08-2024, 19:0

"Sumqayıt" - "Kəpəz": HEYƏTLƏR

Premyer-liqa

9-08-2024, 18:0

“Qarabağ” - “Kəpəz”: START HEYƏTLƏRİ

Aktual
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
Son xəbərlər
  • Bu gün, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Bu gün, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Bu gün, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Bu gün, 20:09
    Marseldən Milana qayıdacaq
  • Bu gün, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 231
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə