• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

5 dəqiqədə 3 qol və "Sumqayıt"a 3 xal - REPORTAJ

Premyer-liqa / Reportaj

20-08-2024, 16:0

1. Mehdi Cənnətov - 6,0
6. Vüqar Mustafayev (k) - 5,5
(30. Kamran Quliyev, 77) – qiymətsiz
14. Elvin Bədəlov - 5,5
10. Rəhim Sadıxov - 5,5
17. Murad Xaçayev - 5,5
8. Səbuhi Abdullazadə - 5,5
19. Roy Kehat - 7,0
3. Slavişa Radoviç - 5,0
(7. Rövlan Muradov, 46) - 6,0
11. Fernando Medeyros - 5,0
(60. Tresor Mossi, 46) - 5,5
9. Nikola Vuynoviç - 5,5
23. Cordan Rezabala - 5,5
Ehtiyat oyunçular
36. Xəyal Fərzullayev
56. Aftandil Arixov
41. Uğur Cahangirov
21. Nihad Əhmədzadə
24. Sənan Muradlı
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Roy Kehat

1. Hüseynəli Quliyev - 6,0
77. Fərid Nəbiyev - 5,0
(83. Nihad Quliyev, 77) - qiymətsiz
15. Vüsal Məsimov - 5,0
20. Mərt Çəlik - 5,0
11. Rüfət Abdullazadə (k) - 5,5
(18. Süleyman Əhmədov, 77) - qiymətsiz
8. Qorka Laruçça - 5,0
44. Amir Bilali - 5,0
3. Dmitri Litvin - 5,0
7. Madi Queta - 4,5
(14. Suleyman Alluş, 58) - 6,5
5. Gitay Sofir - 5,0
(17. Gülağa Əsədov, 81) - qiymətsiz
21. Ayman Bouali - 4,5
(19. Samir Abdullayev, 58) - 5,0
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
25. Nicat Məmmədzadə
6. Cabir Əmirli
74. Yusif Nəbiyev
16. Emin Rüstəmov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Suleyman Alluş
Qollar: K.Quliyev, 87 (1:0, R.Kehat). S.Alluş, 89 (1:1). R.Kehat, 90+2 (2:1, R.Muradov).
Vərəqələr: R.Sadıxov, 34 (qeyri-idman hərəkəti). S.Radoviç, 34 (qeyri-idman hərəkəti). T.Mossi, 55 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Şirməmməd Məmmədov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Fərid Hacıyev (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Zöhrab Qədiyev (Bakı).
AFFA nümayəndəsi: Zümrüd Ağayeva (Bakı).
17 avqust. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 1450 tamaşaçı (9500 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

"Sumqayıt"la "Səbail", demək olar, yenidən qurulub. Belədə hər birinin oyun tərzi, performansı və yekun nəticə maraq doğururdu. Nə biləydik ki, ilk üç turun böyük ehtimalla ən dramatik matçına şahidlik edəcəyik?! Bəli, mövsümə erkən start və "doğma divarlar" amili meydan sahiblərinə yardım etdi. Lakin "dənizçilər" də məhz qələbə uğrunda döyüşdü.

Detallı danışsaq, komandalar ilk dəqiqələrdə kəşfiyyata üstünlük verdi. Bir qədər sonra "Sumqayıt" təzyiqi artırsa da, rəqib operativ müdaxiləylə hadisələrin axarını dəyişdi. Dəqiqi, 10-cu dəqiqədə Vuynoviçin qapının həndəvərində "tələ" quran Radoviçə ötürməsi Hüseynəlinin cəld müdaxiləsiylə nəticələndi. Ardından Rəhimin sol cinaha göndərdiyi topu Radoviç cərimə meydançasına çatdırdı. Burda Rezabala başla zərbəylə "çərçivə"ni qeyri-dəqiq nişan aldı. "Dənizçilər" növbəti epizodlarda belə halların yaşanmaması üçün arzulamayan rəqibi mərkəzdə qarşılamağa çalışdı. Xüsusilə Rəhimə köklənən qonaqlar güclü təzyiqlə başqa futbolçuların da top saxlamasına imkan vermirdi. Buna baxmayaraq, Rezabala 33-cü dəqiqədə qapı önünə ötürmə etdi. Topu qarşılayam Vuynoviçin baş zərbəsiylə fərqlənmək arzusuma qeyri-dəqiqlik mane oldu.

Çox keçmədən irəli atılan "Səbail" isə cərimə zərbəsi qazandı. Daha doğrusu, Rəhim onu qabaqlayan Rüfətə qarşı kobudluq etdi. Həmzəzadə topun Quetada olduğunu gördüyündən fit çalmadı. Amma bu dəfə də Radoviç Madiyə münasibətdə sərt davrandı. Nəticədə ədalət təmsilçisi "Sumqayıt"ın sözügedən futbolçularına "sarı" göstərdi. Cərimə zərbəsini yerinə yetirən Rüfət ilk cəhddə "canlı sədd"ə, ikincidə Mehdiyə ilişdi. Bir qədər sonra Queta uzaqdan bəxtini sınasa da, top qapıdan aralı keçdi. Birinci hissənin ən təhlükəli epizoduna 44-cü dəqiqədə şahidlik etdik. Hüseynəli əla seyvlə yadda qaldı. Qolkiper Radoviçin cərimə meydançasına ötürməsindən faydalanıb toru silkələmək istəyən Vuynoviçi üzdü. Bir qədər sonra isə Mehdi Mərtin qapıya zərbəsini istənilın səviyyədə dəf edə bilmədi. Top təhlükəli zonada qaldı ki, "kimyaçılar"ın imdadına çatan Vüqar "kürə"ni uzaqlaşdırdı. Ümumiyyətlə, birinci hissədə gərgin mübarizə izləsək də, qol olmadı.

İkinci yarı da "Sumqayıt"ın təzyiqiylə başladı. 53-cü dəqiqədə qapıçıyla təkbətək qalan Vuynoviç cəld olsaydı, hesabı aça bilərdi. Lakin Bilali özünü yetirib təhlükəni sovuşdurdu. Bundan sonra futbolçuların ayağından sanki daş asıldı. Komandalar hücum cəhdlərində süstləşdi. Xüsusilə "Səbail" sanki irəli atılmaqdan çəkinir, sadəcə, rəqibi meydanın mərkəzində zərərsizləşdirmək istəyirdi. Belədə meydan sahiblərinin növbəti qol epizodu qaçılmaz oldu. 74-cü dəqiqədə Rövlan və Vüqarın paslaşmasından sonra sonuncu topu Rəhimə çatdırdı. Hücumçunun "çərçivə"yə qüvvətli zərbəsi gözlənilən idi ki, Hüseynəlinin ayıq-sayığlığı komandasını qoldan xilas etdi.

Bir qədər sonra "dənizçilər" təhlükəli vəziyyət yaratdı. Daha doğrusu, Samir cərimə meydançasının yaxınlığından bəxtini sınasa da, top qapıdan aralı keçdi. Ardından matçda ən maraqlı hadisələri izlədik. 87-ci dəqiqədə sol cinahla irəliləyən Kehat ön xətdəki boşluğu vaxtında görüb topu həmin mövqeyə göndərdi. Burda Kamran Vüsalı qabaqladı və qolkiperlə təkbətək mübarizədən qalib ayrılmaqla hesabı açdı. Maraqlıdı ki, "Səbail"in dərhal başlatdığı hücum da bəhrə verdi. 89-cu dəqiqədə Vüsal "kimyaçılar"ın qapısı yaxınlığında Rövlanla mübarizədən qalib ayrılsa da, yerdə qaldı. Nəticədə topu ələ keçirən Alluş cərimə meydançasına daxil olaraq toru silkələdi. Oyunun taleyi isə əlavə vaxtda həll olundu. 90+2-ci dəqiqədə "gənclik şəhəri"nin təmsilçisi künc zərbəsi qazandı. Topu oyuna Rövlan daxil etdi. Onun qapı önünə asmasını başla "çərçivə"yə göndərən Kehat isə qələbə qolunun müəllifi oldu.

Beləliklə, "Sumqayıt" mövsümdə ikinci qələbəsini də evdə qazandı. "Səbail" isə dramatik məğlubiyyətlə barışdı.

Gözdən qaçmadı
* Stadiondakı projektorların işıqlandırma bucağı dəyişdirilib. Nəticədə axşam saatlarında meydança daha aydın görünür.
* Matçı stadiondan izləyənlər arasında yığmanın baş məşqçisi Fernando Santuş, direktoru İlqar Qurbanov, Hakimlər Komitəsinin sədri Frank de Blekere və sabiq hakim Ömər Paşayev də var idi.
* Samir Abasov və Mübariz Orucov hakimin bəzi qərarlarına etiraz etdi. Şahin Diniyev isə bu yöndə diqqəti çəkmədi. "Səbail"in çalışdırıcısı əvəzlədiyi bütün futbolçuları qucaqladıqdan sonra ehtiyat oyunçular skamyasına göndərirdi.
* "Sumqayıt" qələbəni "Ultras Sumqayıt" və "Kimyaçılar" fanklublarıyla qeyd etdi. "Dənizçilər" azarkeş qrupu isə oyundan sonra məğlub komandanı yanına səslədi və müzakirə apardı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

17-08-2024, 19:0

"Sumqayıt" - "Səbail": START HEYƏTLƏRİ

Premyer-liqa

8-03-2024, 18:0

"Səbail" - "Sumqayıt": START HEYƏTLƏRİ

Premyer-liqa

4-08-2024, 19:0

“Zirə” - Səbail”: START HEYƏTLƏRİ

Premyer-liqa

10-08-2024, 20:0

"Səbail" - "Neftçi": START HEYƏTLƏRİ

Premyer-liqa

11-08-2024, 17:0

“Turan Tovuz” - “Sumqayıt”: START HEYƏTLƏRİ

Premyer-liqa

12-05-2024, 19:0

“Sumqayıt” - “Səbail”: START HEYƏTLƏR

Aktual
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
Son xəbərlər
  • Bu gün, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Bu gün, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Bu gün, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Bu gün, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Bu gün, 20:09
    Marseldən Milana qayıdacaq
  • Bu gün, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 231
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə