Neftçi (Bakı) – Sabah (Bakı) 0:2 (0:0)
93. Rza Cəfərov – 5,0
8. Emin Mahmudov (k) – 4,5
3. Höccət Haqverdi – 4,5
90. Ramil Şeydayev – 5,0
14. Edvin Kuç – 4,5
(13. Emil Səfərov, 64) – 4.5
4. Mark Tamaş – 4,5
(9. Andre Şinyaşiki, 64) – 4,5
6. Rafael Quzzo – 4,5
(17. Rəhman Hacıyev, 64) – 4,5
44. Yuri Matias – 5,5
23. Robert Bauer – 4,5
(20. Alfa Konte, 89) – qiymətsiz
11. Kilan Lebon – 4,5
88. Andrey Ştoqrin – 4,5
(7. Azər Əliyev, 89) – qiymətsiz
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rustam Samiqullin
19. Azər Salahlı
91. Ağadadaş Salyanski
47. Murad Məmmədov
77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Yuri Matias
1. Yusif İmanov – 4,5
10. Namik Ələskərov – 5,0
(9. Anatoli Nuriyev, 82) – qiymətsiz
4. Elvin Camalov (k) – 4,5
(77. Şakir Seyidov, 82) – qiymətsiz
2. Amin Seydiyev – 6,0
7. Boyan Letiç – 5,0
20. Coy Lens Mikels – 5,5
(99. Neqoş Kupusoviç, 90+3) – qiymətsiz
44. Sofian Çakla – 4,5
18. Pavol Safranko – 4,5
(88. Xəyal Əliyev, 78) – qiymətsiz
70. Cesse Sekidika – 4,5
(17. Tellur Mütəllimov, 78) – qiymətsiz
3. Con İrasabal – 4,5
13. İvan Lepinitsa – 4,5
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
5. Rəhman Daşdəmirov
21. İldar Alekperov
22. Abdulla Rzayev
33. Camal Cəfərov
40. İqor Noqeyra
Baş məşqçi: Krunoslav Renduliç
Komandanın ən yaxşısı: Amin Seydiyev
Qollar: A.Seydiyev, 54 (0:1, B.Letiç). C-L.Mikels, 76 (0:2, A.Seydiyev)
Vərəqələr: E.Kuç, 40 (qeyri-idman hərəkəti). A.Şinyaşiki, 71 (qeyri-idman hərəkəti). E.Səfərov, 90+4 (hakimin qərarına etiraz).
Hakimlər: TURAL QURBANOV, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: İnqilab Məmmədov (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Emin Cəfərov (Bakı).
18 avqust. Zirə. İdman Kompleksinin stadionu. 800 tamaşaçı (1200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Srağagün “Neftçi” və “Sabah” Zirədə üz-üzə gəldi. Heç birinin yeni mösvümdə qələbə qazanmaması bu oyunun əhəmiyyətini bir qədər də artırırdı. Həm Qriqorçuk, həm də Renduliç azarkeşlərin inamını itirməmək üçün qələbə qazanmalıydı. Bu sınaqdan xorvatiyalı üzüağ çıxdı.
İlk dəqiqələrdə sakit, heç də derbiyə yaraşmayan oyun izlədik. Lakin ara-sıra tərəflərin top itkilərindən və ya standart vəziyyətlərdən sonra nisbətən təhlükəli vəziyyətlər gördük. 3-cü dəqiqədə İmanovun kobud ötürməsindən sonra Ştoqrinin uzaq məsafədən qüvvətli zərbəsi qeyri-dəqiq oldu. Oyundakı ilk real qol vəziyyətini isə qonaqlar yaratdı. 23-cü dəqiqədə Seydiyevin ötürməsindən sonra Namikin başla zərbəsini Rza gözəl seyvlə dəf etməyi bacardı. Bir qədər sonra “ağ-qaralar” daha bir fürsəti boşa verdi. Mahmudovun göndərdiyi topa Ştoqrin penalti nöqtəsindən qeyri-dəqiq zərbə vurdu. İlk hissənin qalan dəqiqələrində Namikin standart vəziyyətdən qapı önünə asması zamanı yaşanan epizodu çıxsaq, başqa hər hansı önəmli məqam olmadı.
İkinci yarıda “bayquşlar” nisbətən fəallaşdı. 54-cü dəqiqədə Letiç künc zərbəsindən topu cərimə meydançasına göndərdi. Burda rəqib futbolçuların diqqətindən yayınan Seydiyev qüvvətli zərbəylə topu tora qovuşdurdu – 0:1. Cəmi 4 dəqiqə sonra Letiçin cərimə zərbəsindən birbaşa “çərçivə”yə yönəltdiyi top hədəfdən azca aralı keçdi. 75-ci dəqiqədə ilk qolun müəllifi Seydiyev məhsuldar ötürmə ilə yadda qaldı. Müdafiəçi “Neftçi”nin hücumunun qarşısını alaraq, Mahmudovu da ustalıqla keçib, topu Mikelsə göndərdi. Mikels də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, hesab arasındakı fərqi artırdı – 0:2. Bununla da oyunun taleyinə aydınlıq gəldi. Uzatma dəqiqələrində “bayquşlar” meydan sahiblərinin qapısını növbəti dəfə yoxladı. Hücum təhlükəli alınsa da, sonda Tellurun zərbəsini Rza zərərsizləşdirə bildi.
Beləliklə, “Neftçi” 3-cü turda da qələbəyə həsrət qaldı, üstəlik bu dəfə məğlubiyyətlə barışdı. “Sabah” isə ardıcıl uğursuzluqları bir qədər unutdurdu.
Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında “Neftçi”nin əfsanəvi həkimi Boris Xetaqurov, “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və hələ də ölkəmizdə dincələn Aleksey Kaşuk da var idi.
* “Forza Neftçi” sona qədər komandaya dəstək verdi. Ancaq “Soldati di Sabah”ın pankartı tribunada görünmədi. Sonradan bəlli oldu ki, fanklub üzləri stadiona skelet təsviri keçirmək istəyib, polis buna icazə vermədiyindən arada gərginlik yaranıb.
* Namik Ələskərov əvəzlənərkən “Forza Neftçi” onu fitə basdı.
KAMAL SƏFƏR