Türkiyə yığmasının hücumçusu “Yuventus”la müqaviləsini yeniləyib.
İtaliya klubunun rəsmi saytının yaydığı xəbərə görə, 19 yaşlı futbolçunun yeni müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər qüvvə olacaq. O, “Yuventus”da “10” nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Kənan 2022-ci ildən İtaliya klubuna məxsusdu. O, bu müddət ərzində komanda ilə 32 matça çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Yıldızın “Yuventus”la əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.