Daha bir il “Yuventus”da oynayacaq

28.06.2023 15:15 232
Dünya futbolu
Adrien Rabyonun “Yuventus”dakı aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu təcrübəli futbolçu ilə müqaviləni yeniləyib. Fransalı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 1 illikdi. Rabyonun əvvəlki müqaviləsinin müddəti iyunun 30-na qədər nəzərdə tutulmuşdu.

28 yaşlı futbolçu Turin klubunda 2019-cu ildən çıxış edir. O, ötən mövsüm “Yuventus”un heyətində A seriyasında 32 oyuna çıxıb, 8 qol vurub.