Klubu ilə yenidən anlaşdı

26.05.2024 17:00 160
Dünya futbolu
“Yuventus” Daniele Ruqani ilə müqaviləni yeniləyib.

“Football-plus.az” xəbər verir ki, İtaliya klubunun rəsmi saytının məlumatına görə, 29 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 2026-cı ilin yayına kimi artırılıb.
Daniele bu mövsüm A seriyasında 17 oyuna 2 qol vurub. 2013-cü ildən “Yuventus” məxsus olan futbolçu müxtəlif vaxtlarda “Empoli”, “Renn” və “Kalyari”də icarə əsasında çıxış edib.