Klubu ilə yenidən anlaşdı

30.03.2024 15:00 171
Dünya futbolu
Xviça Kvaratsxeliya yaxın vaxtlarda “Napoli” ilə yeni müqavilə imzalayacaq.

“Football Italia”nın məlumatına görə, gürcüstanlı yarımmüdafiəçinin İtaliya klubu ilə yeni müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər olacaq. Onun hazırkı müqaviləsi 2027-ci ilin iyununda qüvvədən düşəcək.

Xviça bu mövsüm komandada bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.