Klubu ilə yenidən anlaşdı

7.08.2024 08:35 303
Dünya futbolu
Qleyson Bremer “Yuventus”dan aldığı yeni təklifi qəbul edib.

"Football-plus.az" xəbər verir ki, braziliyalı müdafiəçi ilə yeni müqavilə imzalanıb. İtaliya klubun rəsmi saytının yaydığı xəbərə görə, 27 yaşlı futbolçu ilə müqavilənin müddəti 2029-cu ilin iyununa qədər uzadılıb.

Bremer “Yuventus”da 2022-ci ildən çıxış edir. O, komandanın heyətində 83 matçda iştirak edib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.