Klubu ilə yenidən anlaşdı

16.08.2024 16:28 306
Dünya futbolu
“Mançester Yunayted” Bruno Fernandeşlə müqaviləni yeniləyib.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, portuqaliyalı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdi. Bruno bundan sonra komandada ən çox maaş alan oyunçu olacaq. Fernandeşin həftəlik qazancı yeni müqaviləyə əsasən 350 min funt sterlinq olacaq.

O, MY-də 2020-ci ildən çıxış edir.