Oktyabrda 8 futbolçudan üstün oldu

14.11.2026 22:35 45
Dünya futbolu
İngiltərə premyer-liqasında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Nikolas Cekson qalib gəlib.

“Aston Villa”nın hücumçusu 8 namizəd arasından azarkeşlərin səsverməsi nəticəsində qalib olub. 25 yaşlı hücumçu oktyabrda premyer-liqada keçirdiyi 4 oyunda 4 qol vurub. “Mançester Siti” ilə matçda dubl edərək komandasının 2:1 hesablı qələbəsində mühüm rol oynayan Nikolas “Brentford” və “Fulhem”lə oyunlarda bir qol vurub.

Qeyd edək ki, Cekson premyer-liqada ilk fərdi mükafatını qazanıb.