Dişini itirmək təhlükəsi ilə üzləşdi

14.11.2026 21:48 0
Dünya futbolu
Millətlər Liqasında İtaliya ilə oyun Dezire Due üçün ikiqat uğursuz alınıb.

"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının hücumçusu həm komandasının məğlubiyyətinə (1:3), həm də zədələnməsinə görə məyus olub. 

İtaliyalı yarımmüdafiəçi Davide Frattezi 69-cu dəqiqədə mübarizə zamanı onun üzünə dirsəyi ilə zərbə endirib. Ağzından qan gələn Dezire bir müddət meydanda tibbi yardım alıb. O, oyuna davam etsə də, 77-ci dəqiqədə Senni Mayulu ilə əvəzlənib. 21 yaşlı futbolçunun ön dişlərindən birinin yerindən çıxdığı və onu itirmək təhlükəsi ilə üzləşdiyi bildirilir.

Qeyd edək ki, hakim epizod zamanı əvvəlcə qayda pozuntusunu Duenin əleyhinə qeydə alıb. Az sonra Fratteziyə sarı vərəqə göstərib.