“Milan” ilə yenidən anlaşdı

30.03.2023 14:02 292
Dünya futbolu
Olivye Jiru aprel ayında “Milan” ilə müqaviləni yeniləyəcək.

"Football-plus.az" xəbər verir ki, İnsayder Fabritsio Romanonun məlumatına görə, 36 yaşlı hücumçu ilə rəhbərlik arasında razılıq əldə olunub.

Onun klubla yeni müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulacaq. Olivyenin illik maaşının bonuslarsız 3,8 milyon avro olacağı da məlum olub.

Fransız futbolçunun hazırkı müqaviləsinin müddəti bu ilin yayına qədərdi. Jiru bu mövsüm A seriyasında 24 oyuna 8 qol vurub və 4 məhsuldar ötürmə edib.