Klubu ilə yenidən anlaşdı

8.10.2023 20:50 187
Dünya futbolu
“Nyukasl” aparıcı oyunçularından biri ilə müqaviləni yeniləyib.

“Football-plus.az” xəbər verir ki, Bruno Gimaraynş bu komandada daha bir neçə il çıxış edəcək. Rəsmi məlumatda onun imzaladığı yeni anlaşmanın müddətinin 2028-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilib.

Braziliyalı yarımmüdafiəçi İngiltərə klubunda 2022-ci ilin yanvarından çıxış edir. 25 yaşlı Bruno indiyədək bu komandada meydana çıxdığı 67 oyunda 11 qol vurub və 8 məhsulsar ötürmə edib.