“İnter” ilə yenidən anlaşdı

28.03.2023 16:29 241
Dünya futbolu
Hakan Çalhanoğlu “İnter” ilə müqaviləni yeniləməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, İnsayder Fabritsio Romanonun məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi ilə rəhbərlik arasında razılıq əldə olunub. Onun Milan klubu ilə yeni müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulacaq. “İnter” tezliklə bütün lazımi sənədləri tamamlayacaq.

Türkiyəli futbolçunun hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdi. Hakan bu mövsüm A seriyasında 26 oyuna 2 qol vurub.