“Bavariya” Ariyon İbrahimoviçlə müqaviləni yeniləyib.
Almaniya klubunun rəsmi saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Kosovo əsilli almaniyalı futbolçu ötən mövsüm icarə əsasında “Frozinone”də çıxış edib və bütün turnirlərdə meydana çıxdığı 18 matçda 2 qol vurub.