Bruno Fernandeşin məsələsinə aydınlıq gəlib.
“Mançester Yunayted” ilə portuqaliyalı yarımmüdafiəçi arasında aparılan danışıqlar müsbət nəticələnib. O, İngiltərə klubunun formasını 2027-ci ilin yayına qədər geyəcək. Yeni anlaşmanın maliyyə detalları hələ ki rəsmən açıqlanmayıb. Qeyri-rəsmi mənbələr Fernandeşin illik məvacibinin təxminən 14-15 milyon avro olacağını xəbər verib.
Bruno MY-də 2020-ci ilin yanvarından çıxış edir. 27 yaşlı futbolçu bu mövsüm premyer-liqada meydana çıxdığı 27 oyunda komandaya 9 qol və 6 məhsuldar ötürmə ilə faydalı olub.