Təlim-məşq toplanışına iyulun 29-da başlayan “Zaqatala” dünən ilk yoxlama görüşünü keçirib. “Qəbələ” ilə qarşılaşan 1-ci liqa klubu səfərdən məğlub qayıdıb - 2:0.
Oyunla bağlı fikirlərini öyrənmək üçün Zaqatala təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Yoldaşlıq oyunu idi. Əsasən seleksiya xarakteri daşıdı. Daha çox yoxlanışa gələn oyunçulara baxış keçirilirdi. Müəyyən futbolçuların taktiki gedişləri nə dərəcədə yerinə yetirdikləri önəmliydi. Burda nəticə bizim üçün o qədər də önəm daşımırdı. Əsas məsələ oyunçuların tapşırığı yerinə yetirməsiydi. Belə oyunda üstün və zəif cəhətlərimizi müəyyənləşdiririk. “Qəbələ”dən bəzi oyunçular premyer-liqa təcrübəsinin olduğunu hiss etdirdi. İkinci yoxlama oyununun vaxtı hələ dəqiqləşməyib. Ayın 21-də isə “İmişli” ilə qaşılaşacağıq”.
RÖYANƏ OĞUZ