“Sassuolo”da baş məşqçi istefası zəruri sayılıb. Rəhbərlik Alberto Akvilani ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubun məlumatına görə, qərar komandanın A seriyasında ardıcıl 5-ci məğlubiyyətindən sonra qəbul edilib. 11 turdan sonra 8 xalı olan “Sassuolo” turnir cədvəlində 17-ci yeri tutur.
Akvilani komandaya bu ilin iyunundan rəhbərlik edirdi. Hələ ki “Sassuolo”ya kimin təyin olunacağı haqda məlumat yayılmayıb.
A seriyasında zəruri istefa
Dünya futbolu




