“Sassuolo” klubunun yeni baş məşqçisi məlum olub.
"Football-plus.az" xəbər verir ki, komandaya Roberto D’Aversa təyin olunub. İtalyan mütəxəssisin başçılıq edəcəyi məşqçilər korpusuna Salvatore Sullо, Marko Piççone, Marko Rico, Paolo Ronqoni, Françesko Petrunqaro, Andrea Rinaldi, Simone Vinyudelli və Marko Bitsarri daxil edilib.
Xatırladaq ki, İtaliya klubu baş məşqçi Alberto Akvilani ilə yolları ayırmışdı. Qərar komandanın A seriyasında ardıcıl 5-ci məğlubiyyətindən sonra qəbul edilib.
“Sassuolo” A seriyasında 8 turdan sonra 8 xalla 17-ci yeri tutur.
A seriyasında yeni təyinat
Dünya futbolu




