Yankoviç millidə məhsuldar ötürmə etdi

13.11.2026 09:20 0
Dünya futbolu
“Qarabağ”ın futbolçusu Marko Yankoviçin üzvü olduğu Monteneqro millisi Millətlər Liqasında növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, öz meydanında Latviyanı qəbul edən komanda qalib gəlib - 2:1.

Yankoviç matça start heyətində başlayıb və sona qədər oynayıb. O, 70-ci dəqiqədə Nikola Kristoviçin hesabı açdığı qolda künc zərbəsindən məhsuldar ötürmə müəllif olub.

Monteneqro qrupda 13 xalla liderdi.