"Kür" Şimali Makedoniya təmsilçisinə qarşı

13.11.2026 12:39 0
İdman
"Kür" qadın həndbol komandası bu gün Avropa Kubokunda növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz 3-cü mərhələnin ilk görüşündə Şimali Makedoniya “Çair”i qarşılaşacaq. Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək oyun saat 17.00-da başlanacaq.

Cavab görüşü noyabrın 15-də eyni arenada təşkil olunacaq.

Xatırladaq ki, “Kür” 2-ci mərhələdə APOEL-i (Cənubi Kipr) hər iki qarşılaşmada məğlub edərək mübarizədən kənarlaşdırıb.