Fransa yığması Millətlər Liqasında növbəti oyunlara itki ilə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Orelyen Çuameni zədələnib. 26 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindən aldığı zədə səbəbindən İtaliya və Türkiyə ilə keçiriləcək oyunlarda iştirak edə bilməyəcək.
Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.
Çuameni “Real”ının düşərgəsinə qayıdacaq. Onun əvəzinə yığmaya başqa futbolçu dəvət olunmayacaq.
Fransa noyabrın 15-də Türkiyə ilə qarşılaşacaq.
Fransa yığmasında oynaya bilməyəcək
Dünya futbolu





