"Qəbələ" "Zaqatala" ilə qarşılaşacaq

9.08.2024 00:32 409
Ölkə futbolu
1-ci liqanın yeni mövsümünə hazırlıqları davam etdirən “Qəbələ” və "Zaqatala" yoxlama oyunu keçirəcəklər.

"Football-plus.az" xəbər verir ki, sözügedən komandalar Qəbələ şəhər stadionunda üz-üzə gələcəklər. Sabah keçiriləcək görüş saat 18.00-da başlayacaq.

Bu, “Qəbələ”nin mövsümlərarası fasilədə ikinci sınağı olacaq. “Qırmızı-qaralar” ilk yoxlama oyununda Küveytin "Əl-Yarmuk" klubu ilə 2:2 hesablı heç-heçə edib.

"Zaqatala" isə bu yay yoxlama görüşü keçirməyib.