"Neftçi"nin legioneri böyükhesablı qələbə qazandı

13.11.2026 10:44 0
Dünya futbolu
"Neftçi"nin yarımmüdafiəçisi Sessi d'Almeydanın şərəfini qoruduğu Benin millisi Afrika Millətlər Kubokunda növbəti görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, Benin yığması Mərkəzi Afrika Respublikası yığması ilə qarılaşıb və qalib gəlib - 4:1.

d'Almeyda oyuna start heyətində çıxıb və 84 dəqiqə tər töküb.

Benin 3 turdan sonra 7 xalla qrup lideridi.