"Qəbələ" üçüncü sınağında məğlub oldu - YENİLƏNİB

16.01.2023 18:30 309
Premyer-liqa
Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirib.

“Qırmızı-qaralar” yanvarın 4-də başlayan Antalya təlim-məşq toplanışı çərçivəsində üçüncü sınağına çıxıb. Qardaş ölkədəki son qarşılaşmada rəqib Çexiya təmsilçisi “Teplitse” olub.

Premyer-liqa klubu matçda məğlub olub. Qarşılaşma çexlərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin yeganə qolunu Ramon Maçado vurub.

Xatırladaq ki, “Qəbələ” bunadək Antalyada iki yoxlama görüşü keçirib. Komanda yanvarın 12-də Rumıniyanın “Sepsi” (2:2), 14-də Almaniyanın “Lukenvalde” (3:2) klubu ilə üz-üzə gəlib.

Yoxlama oyunu

16 yanvar

16.00. “Qəbələ” – “Teplitse” (Çexiya) 1:2
“Miracle” otelinin meydançaları