Bu klub ayın 9-da “Qəbələ” ilə qarşılaşacaq

29.07.2024 17:09 408
Aktual / Ölkə futbolu
Premyer-liqa klubları yay hazırlığını başa vurub, yeni mövsümün astanasında olduğu halda, 1-ci liqa klublarının bəziləri hazırlığa start verməyib. Bunlardan biri də “Zaqatala”dı.

Bəs komanda növbəti mövsümün hazırlığına nə vaxt start verəcək?

Baş məşqçi Rüstəm Məmmədovun “Football-plus.az”a söylədikləri:

“Məşqlərimiz ayın 29-dan başlayır. Hazırda iki yoxlama görüşü nəzərdə tutmuşuq. Avqustun 9-da “Qəbələ”, 21-i isə “İmişli” ilə görüşəcəyik. Transferlər işlərimiz davam edir. Bir neçə futbolçu da cəlb etmək istəyindəyik”.

RÖYANƏ OĞUZ