"Kəpəz" Misli premyer-liqasının 10-cu turunda evdə "İmişli"ni məğlub etdi - 1:0.
"Football-plus.az" xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov oyundan sonra jurnalistlərin suallarını cavabladı.
- Yaxşı bir komandaya qarşı oynadığımızı bilirdik. Rəqibimiz son iki oyunda qələbə qazanmışdı. Çətin keçəcəyini düşünürdük. Rəqib komanda da bilirdi ki, Gəncədə bizə qarşı oynamaq asan olmayacaq. Bizim qələbəmizdə pay sahibi olan komandamızın azarkeşləri və futbolçularımızdı. İstəkli oyun nümayiş etdirdik. Komandamızın oyundan-oyuna inkişafda olduğu hiss olunur. Biz artıq neçə oyundu qol və qollar vururuq. Bu gün də qol buraxmadıq. Xallar qazanmağa çalışacağıq. Son iki oyunda hücumçusuz oynayırdıq.
- Kalunqa hücumçudu amma sonradan oyuna daxil oldu…
- Son iki oyunda hücumçusuz oynamağımızım səbəbi o idi ki, Kalunqa zədəli idi. Onu oynadıb, yenidən itirmək istəmirdik. Bir az istirahətə ehtiyacı var idi. Kalunqanın meydana çıxması komandaya fayda verdi.
- Namik Ələskərovu 2-ci hissədə buraxmaq düşünülmüş addım idi?
- Namiq də zədəli idi. Biz onu qoruyurduq. Əsas məsələ onların sağlamlığıdı. Bu müddətdə çıxıb, bizə kömək edə bilərdi.
- “Kəpəz” əvvəllər qol vurmaqda çətinlik çəkirdi…
- Futbolçuların məşqdə çəkdiyi əziyyətin bəhrəsidi. Bu keyfiyyətin üzərində çox çalışırıq. Komanda qol vuranda mən də sevinirəm. Qol buraxmayanda daha gözəl olur. Onlara inam və güvən vermişəm.
- Meydanda emosional davrandız. Bu sizin səhhətinizə təsir etmir?
- Sarı vərəqə aldım. Futbol oynayanda ara-sıra vərəqə alırdım. Məşqçi kimi ilk vərəqəmi aldım. Bir az özümü ələ almalıyam.
ƏSƏD SEYİDOV
“Məşqçi kimi ilk vərəqəmi aldım” – Azər Məmmədov
Ölkə futbolu / Manşet





