Misli premyer-liqasının 10-cu turunda “İmişli” səfərdə “Kəpəz”ə 0:1 hesabıyla uduzdu.
“Football-plus.az” qonaqların məşqçisi Ervins Perkonsun mətbuat konfransında hesabatı təqdim edir.
- Əvvəlcə hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Belə atmosferdə oynamaq çox çətindi. Bu təzyiqin olacağını öncədən bilirdik. Nəticə istədiyimiz kimi olmadı. Qələbə qazanmaq istəyirdik. Şanslarlmızdan yararlana bilmədik. Buna görə də məyusam.
- Məğlubiyyətin əsas səbəbləri nə oldu?
- Deməzdim ki, “Kəpəz” daha yaxşı komanda idi. Onlar şanslardan yararlandılar. İdman səhvlər oyundu. Cərimə zərbəsindən sonra qapımızda qol gördük.
- Cərimə zərbəsində Ələskərovun ustalıq səviyyəsi öz sözünü dedi, yoxsa daha yaxşı qolkiper olsaydı, topu çıxara bilərdi?
- Yaxşı zərbə idi. Qapıçı məşqçisi deyiləm. Kubok oyununa görə bəzi oyunçularımız yaxşı istirahət edə bilmədilər. Biz daha çox oyuna fokuslanmağımızı bəyəndim. Mərkəz müdafiəçisini hücuma qoyduq, cəsarət göstərdik.
- Futbol həyatınızda belə gözəl stadion görmüşdüz?
- Məşqçi kimi mənim üçün ilk dəfə idi. Futbolçular öz karyeralarına başlayanda bunu xəyal edirlər. Bu atmosferdə oynamaq bizim üçün xoş idi.
ƏSƏD SEYİDOV
“Deməzdim ki, “Kəpəz” daha yaxşı komanda idi” – Ervins Perkons
Ölkə futbolu / Manşet





