"Yuventus" yeni müdafiəçi transfer etdi

20.07.2022 16:03 448
Dünya futbolu
Matteys De Liqati "Bavariya"ya satan "Yuventus" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" "Torino"dan Qleyson Bremeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçdikdən sonra onunla 5 illik müqavilə imzalanacaq. "Yuventus" braziliyalı futbolçu üçün qarşı tərəə 41 milyon avro ödəyəcək.

Qleyson Bremer 2018-ci ilin yayından "Torino"da çıxış edirdi. O, son mövsümdə komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.