İngiltərə nəhəngindən braziliyalı müdafiəçiyə 50 milyon avro

4.06.2022 09:42 498
Dünya futbolu
“Torino”nun futbolçusu Qleyson Bremer karyerasını İngiltərədə davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi ilə "Tottenhem" yaxından maraqlanır.

London təmsilçisi braziliyalı futbolçu üçün Turin klubuna 50 milyon avro təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Bremer A seriyasının nəhənglərinin də maraq dairəsindədi. O, bu mövsüm "Torino"nun heyətində 33 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.